Elektron səhiyyənin tətbiqində xarici təcrübə və onun Azərbaycanda tətbiq imkanları

Müəlliflər

  • Aysel Məmmədova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu Müəllif

DOI

https://doi.org/10.67304/2707-9317/2026-2/109-115

Açar sözlər

elektron səhiyyə, rəqəmsal transformasiya, Avropa İttifaqı, səhiyyə idarəetməsi, informasiya texnologiyaları

Xülasə

Bu məqalə Avropa İttifaqı ölkələrində elektron səhiyyənin (eHealth) formalaşması və inkişafının əsas istiqamətlərini təhlil edir. Tədqiqatda rəqəmsal səhiyyənin tibbi xidmətlərin keyfiyyətinə, əlçatanlığına və idarəetmə səmərəliliyinə təsiri araşdırılmışdır. Avropa ölkələrində elektron reseptlər, pasiyentin rəqəmsal xülasəsi, elektron tibbi kartlar və transsərhəd məlumat mübadiləsi sistemlərinin tətbiq təcrübəsi ümumiləşdirilmişdir. Eyni zamanda eHealth sistemlərinin tətbiqi prosesində mövcud olan maliyyə, texniki, hüquqi və institusional maneələr sistemləşdirilmişdir. COVID-19 pandemiyasının rəqəmsal səhiyyə texnologiyalarının sürətləndirilməsində oynadığı rol xüsusi vurğulanmışdır. Aparılmış təhlil əsasında Avropa İttifaqının təcrübəsinin Azərbaycan səhiyyə sistemində tətbiqi üçün perspektiv istiqamətlər müəyyən edilmişdir.

Yayımlanıb

2026-07-28