Regional Sosial-İqtisadi İnkişafda Ali Təhsil Müəssisələrinin Strateji İdarəetmə Rolu: Azərbaycan Nümunəsi
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/124Açar sözlər
ali təhsil, strateji idarəetmə, sosial-iqtisadi inkişaf, regional inkişaf, AzərbaycanXülasə
Xülasə
Bu məqalədə ali təhsil müəssisələrinin regionların sosial-iqtisadi inkişafında strateji idarəetmə funksiyaları araşdırılır. Qlobal kontekstdə universitetlər yalnız ixtisaslı kadrların hazırlanması ilə məhdudlaşmır, eyni zamanda innovasiya fəaliyyətlərinin təşkili, texnologiyaların tətbiqi, sahibkarlığın inkişafı və insan kapitalının keyfiyyətinin yüksəldilməsi vasitəsilə sosial-iqtisadi proseslərdə mühüm rol oynayırlar. Azərbaycan üzrə aparılan təhlil göstərir ki, 2020–2025-ci illər arasında ali təhsil alan tələbələrin sayı 24,6% artmışdır. Lakin bu artımın əsasən paytaxt Bakı şəhərində cəmlənməsi regionlar arasında sosial-iqtisadi bərabərsizliklərin dərinləşməsinə səbəb olmuşdur. Qarabağ və Şərqi Zəngəzur kimi strateji əhəmiyyətli iqtisadi zonalarda ali təhsil hələ ilkin inkişaf mərhələsindədir ki, bu da universitetlərin regional inkişafda rolunun gücləndirilməsinin zəruriliyini ön plana çıxarır. Tədqiqatın nəticələri göstərir ki, ali təhsil müəssisələrinin strateji idarəetmə potensialının artırılması regionlarda iqtisadi diversifikasiyanı dəstəkləyə, innovasiya ekosistemlərinin formalaşmasını təşviq edə və sosial-iqtisadi reinteqrasiya proseslərini sürətləndirə bilər. Məqalənin elmi əhəmiyyəti ali təhsil ilə regional inkişaf arasındakı qarşılıqlı əlaqənin empirik və nəzəri əsaslarla sistemli şəkildə araşdırılmasında, praktiki əhəmiyyəti isə əldə olunan nəticələrin ali təhsil siyasətinin formalaşdırılmasına və regional inkişaf proqramlarının hazırlanmasına töhfə verməsindədir.