Rəqəmsal transformasiyanın Azərbaycan iqtisadiyyatına təsiri: problemlər, perspektivlər və strateji zərurət
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/119Açar sözlər
rəqəmsal transformasiya, iqtisadi inkişaf, rəqəmsal iqtisadiyyat, dördüncü sənaye inqilabı, rəqəmsal fərqXülasə
Bu tədqiqat rəqəmsal transformasiyanın Azərbaycanın iqtisadi inkişafına çoxşaxəli təsirini analiz edir, iqtisadi artım kimi müsbət nəticələr və "rəqəmsal fərq" kimi çağırışlar araşdırılır. Uğurlu nəticə üçün texnoloji tətbiqlərlə yanaşı, institusional və insan kapitalını əhatə edən kompleks strategiyanın zəruriliyi vurğulanır. Bununla yanaşı, məqalədə rəqəmsal ekosistemin formalaşdırılmasında dövlət-özəl sektor tərəfdaşlığının rolu və innovasiya yönümlü investisiyaların səmərəliliyi də nəzərdən keçirilir. Tədqiqatın nəticələri, Azərbaycanın qlobal rəqabətədavamlılıq indeksində mövqeyini yaxşılaşdırmaq və qeyri-neft sektorunun ixrac potensialını artırmaq üçün rəqəmsal alətlərdən necə istifadə edə biləcəyinə dair konkret yol xəritəsi təqdim edir. Yekun olaraq, rəqəmsal transformasiyanın sadəcə texnoloji yenilənmə deyil, həm də sosial-iqtisadi rifahın yüksəldilməsi üçün strateji bir vasitə olduğu əsaslandırılır.