Azərbaycanda İKT sektorunun inkişaf səviyyəsinin təhlili, elektron informasiya xidmətlərinin göstərilməsi və istehlakının vacib amili kimi
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/114Açar sözlər
İKT, elektron xidmətlər, informasiya xidmətləri, ixrac, idxal, İndeks, şəbəkə hazırlığı.Xülasə
Məqalədə ölkələr üzrə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişaf səviyyəsinin elektron xidmətlərin ixrac və idxal həcminə təsirləri araşdırılıb. Müəyyən olunub ki, İKT sektorunun inkişaf səviyyəsinin yüksəldilməsi ilə elektron xidmətlər üzrə ticarətin həcmi də artır (həm ixrac, həm idxal). Azərbaycanda elektron xidmətlərin (informasiya xidmətləri də daxil) ixrac və idxal həcmi üzrə statistik göstəricilər təhlil olunub. Azərbaycanda İKT sektorunun inkişaf səviyyəsini qiymətləndirməyə imkan verən statistik təhlil aparılıb. Belə nəticəyə gəlmək olar ki, Azərbaycanda İKT sektoru prioritetli sektorlardandır. Ölkədə sektorun inkişafı üzrə əlavə tədbirlərin görülməsi göstərilən və istehlak olunan elektron informasiya xidmətlərinin həcminin artmasına töhfə verə bilər.