Qarabağ İqtisadi rayonunda şirkətlərin diversifikasiyası kontekstində risklərin idarə edilməsi
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/107Açar sözlər
Qarabağ iqtisadi rayonu, azad olmuş ərazilər, diversifikasiya, risk, PEST təhlili, idarəetməXülasə
Qarabağ iqtisadi rayonunda iqtisadi yenidənqurma prosesinin sürətlənməsi fonunda şirkətlərin tək sektordan asılılığını azaltmaq və dayanıqlı fəaliyyət modelləri qurmaq üçün diversifikasiya strategiyalarının tətbiqinin araşdırması tədqiqatın xüsusi aktuallığını əks etdirir. Bu baxımdan tədqiqatın əsas məqsədi diversifikasiya səylərinin yaratdığı riskləri müəyyənləşdirmək və qiymətləndirmək olmuşdur. Tədqiqatın əhəmiyyəti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərin üzləşdiyi spesifik riskləri müəyyənləşdirməklə, onların yeni bazar şəraitinə uyğunlaşmasına və maliyyə itkilərindən qorunmasına kömək etməsidir. Tədqiqatda müxtəlif iqtisadi və sosial amillərin, eləcə də texnoloji dəyişikliklərin təsirini anlamaq üçün PEST analizi metodundan istifadə olunub, həmçinin iri şirkətlərin 2019-2024-cü illər üzrə maliyyə göstəriciləri statistik təhlil edilmişdir. İşin elmi yeniliyi Qarabağ iqtisadi rayonunun özünəməxsus mühitində diversifikasiya səylərinin yaratdığı likvidlik, kredit və ekoloji risklərin kompleks şəkildə yanaşılması və onların idarə edilməsi üçün sistematik yanaşmanın təklif edilməsidir. Tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, azad edilmiş ərazilərdə uğurlu diversifikasiya üçün dərindən bazar analizi ilə yanaşı, risklərin davamlı monitorinqi və ehtiyatların effektiv bölüşdürülməsi strateji böyümənin əsas şərtidir.