İqtisadiyyatda struktur transformasiyası: dövlət sektorunun yeri və rolu
DOI:
https://doi.org/10.36719/2519-8149/2026-1/94Keywords:
struktur transformasiyası, dövlət sektoru, ÜDM, rəqəmsal transformasiya, “fəal dövlət”, bazar, diversifikasiya, texnologiya və s.Abstract
Məqalədə müasir dövrdə iqtisadiyyatın struktur transformasiyası prosesində dövlət sektorunun strateji mövqeyi və funksiyaları tədqiq edilir. Struktur transformasiyası iqtisadi resursların aşağı məhsuldarlıqlı sahələrdən yüksək texnologiyalı və səmərəli sahələrə transferi kimi xarakterizə olunur. Bu keçid prosesində bazar mexanizmlərinin çatışmazlıqlarını aradan qaldırmaq üçün dövlətin tənzimləyici müdaxiləsi zəruri hesab edilir. Məqalədə həmçinin rəqəmsal transformasiya şəraitində dövlət sektorunun çevik idarəetmə mexanizmlərinə keçidi məsələlərinə toxunulur. Struktur islahatlarının sosial risklərini minimuma endirmək üçün dövlətin sosial müdafiə funksiyasının vacibliyi əsaslandırılır. Tədqiqatın nəticələri göstərir ki, dövlət sadəcə tənzimləyici deyil, həm də iqtisadi yeniliyin əsas katalizatoru rolunda çıxış etməlidir. Müasir çağırışlar fonunda dövlət sektorunun resurs bölgüsündəki iştirakı iqtisadi dayanıqlığı təmin edən mühüm faktordur. Yekun olaraq, struktur transformasiyasının davamlılığı üçün dövlət və bazar qüvvələri arasında optimal balansın tapılması təklif edilir.