Qeyri-neft sənaye sektorunda sahibkarlığın iqtisadi inkişaf prosesində rolu və funksional xüsusiyyətləri
DOI:
https://doi.org/10.67304/2707-9317/2026-2/187-197Keywords:
sahibkarlıq, qeyri-neft sənayesi, struktur transformasiya, innovasiya, iqtisadi şaxələndirməAbstract
Bu məqalənin məqsədi qeyri-neft sənaye sektorunda sahibkarlığın iqtisadi inkişaf prosesində rolunu və onun funksional xüsusiyyətlərini sistemli şəkildə təhlil etməkdir. Tədqiqatda sahibkarlığın nəzəri-metodoloji əsasları ümumiləşdirilmiş, resurs asılı iqtisadiyyatlarda sənayeləşmə problemləri kontekstində qeyri-neft sektorunun əhəmiyyəti əsaslandırılmış və sahibkarlığın struktur transformasiya, innovasiya, məşğulluq, ixrac potensialı və investisiya mühitinə təsir mexanizmləri kompleks şəkildə araşdırılmışdır. Tədqiqatın elmi yeniliyi sahibkarlığın iqtisadi, innovativ, sosial və institusional funksiyalarının qeyri-neft sənaye sektorunun inkişafı kontekstində inteqrativ yanaşma əsasında qiymətləndirilməsindən ibarətdir. Məqalədə sahibkarlıq yalnız mikroiqtisadi fəaliyyət forması kimi deyil, iqtisadiyyatın şaxələndirilməsini və dayanıqlı artımı təmin edən sistemli mexanizm kimi əsaslandırılmışdır. Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, əldə edilən nəticələr qeyri-neft sektorunun inkişaf strategiyalarının hazırlanmasında, sahibkarlığın təşviqi və sənayeləşmə siyasətinin formalaşdırılmasında nəzəri və metodoloji baza kimi istifadə oluna bilər.