Rəqəmsal marketinqin kiçik və orta biznesin inkişafına təsiri
DOI:
https://doi.org/10.36719/2519-8149/2026-1/74Abstract
Son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı kiçik və orta biznes subyektlərinin fəaliyyət modelinə ciddi təsir göstərmişdir. Ənənəvi marketinq üsullarının effektivliyinin azalması KOB-ları rəqəmsal marketinq alətlərindən daha fəal istifadə etməyə məcbur etmişdir. Sosial media platformaları, axtarış sistemləri, kontent marketinqi və onlayn reklam mexanizmləri KOB-ların bazarda mövqelərinin möhkəmləndirilməsində və hədəf auditoriyaya daha çevik şəkildə çatmasında əsas rol oynayır. Rəqəmsal marketinq fəaliyyəti bizneslərin tanınma səviyyəsinin yüksəldilməsinə, müştəri münasibətlərinin gücləndirilməsinə və satış göstəricilərinin artmasına şərait yaradır. Eyni zamanda, bu fəaliyyətlər KOB-lara məhdud resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Məqalədə rəqəmsal marketinq alətlərinin kiçik və orta bizneslərin inkişafına təsiri nəzəri və analitik yanaşma əsasında araşdırılmış, mövcud problemlər və inkişaf imkanları müəyyən edilmişdir. Aparılan təhlillər göstərir ki, rəqəmsal marketinq strategiyalarının düzgün planlaşdırılması və optimallaşdırılması KOB-ların rəqabət qabiliyyətinin artırılmasında mühüm amildir.