Azad İqtisadi Zonalar: Çin modeli və Azərbaycan üçün strateji çərçivə
DOI:
https://doi.org/10.36719/2519-8149/2026-1/118Keywords:
Azad İqtisadi ZonalarAbstract
Məqalədə Çin AİZ modelinin institusional arxitekturası, iqtisadi mexanizmləri və struktur təsir kanalları sistemli şəkildə təhlil edilir, modelin davamlı uğurunu təmin edən əsas amillər müəyyənləşdirilir və həmin yanaşmanın Azərbaycan iqtisadiyyatının inkişafı və diversifikasiya prioritetləri kontekstində adaptasiya imkanları qiymətləndirilir. Azad İqtisadi Zonalar (AİZ) müasir qlobal iqtisadi sistemdə investisiya axınlarının cəlb edilməsi, ixracyönümlü istehsalın genişləndirilməsi və institusional modernləşmənin sürətləndirilməsi məqsədilə tətbiq olunan mühüm siyasət alətlərindən biridir. Çin Xalq Respublikasının AİZ təcrübəsi bu mexanizmin yalnız vergi və gömrük güzəştləri ilə məhdudlaşmadığını, əksinə, mərhələli institusional islahatlar və struktur transformasiya üçün funksional platforma rolunu oynadığını göstərir. Tədqiqatın empirik və analitik nəticələri sübut edir ki, AİZ-lərin iqtisadi təsir gücü fiskal stimullaşdırma səviyyəsindən daha çox idarəetmə effektivliyi, qlobal dəyər zəncirlərinə inteqrasiya dərəcəsi və zonaların lokal iqtisadi mühitlə struktur əlaqələndirilməsi ilə şərtlənir.