İşğaldan azad edilmiş ərazilərdə aqrar-ərzaq bazarının inkişaf perspektivləri və dəyər zənciri yanaşması

Müəlliflər

  • Xəyyam Cavadzadə Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2025-4/98

Açar sözlər

aqrar-ərzaq bazarı, işğaldan azad edilmiş ərazilər, regional inkişaf, dəyər zənciri, dövlət siyasəti, sahibkarlıq

Xülasə

Məqalədə işğaldan azad edilmiş ərazilərdə (İAEƏ) aqrar-ərzaq bazarının inkişaf perspektivləri dəyər zənciri yanaşması əsasında geniş elmi təhlil olunmuşdur. Tədqiqatın empirik və nəzəri bazasını Azərbaycan Respublikasında aqrar-ərzaq bazarının inkişafına həsr olunmuş doktorluq dissertasiyasının materialları, rəsmi statistik məlumatlar və normativ-hüquqi sənədlər təşkil edir. İAEƏ-də aqrar istehsalın bərpası, bazar institutlarının formalaşdırılması, regional resurs potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi və dəyər zəncirinin mərhələləri üzrə koordinasiya mexanizmləri ətraflı şəkildə araşdırılmışdır. Tədqiqat suallarının cavablandırılması nəticəsində işğaldan azad edilmiş ərazilərdə aqrar-ərzaq bazarının dayanıqlı inkişafı üçün institusional, infrastruktur və iqtisadi mexanizmlər elmi əsaslarla müəyyən edilmişdir.

Yayımlanıb

2026-01-21