Azərbaycanda qeyri-formal məşğulluğun miqyası və ölçülməsi problemləri
DOI
https://doi.org/10.36719/2519-8149/2025-4/97Açar sözlər
qeyri-formal məşğulluq, əmək bazarı, hibrid ölçmə yanaşması, sosial müdafiə, institusional amillərXülasə
Bu məqalədə Azərbaycanda qeyri-formal məşğulluğun miqyası, ölçülməsi və əsas müəyyənediciləri təhlil olunur. Tədqiqat göstərir ki, qeyri-formal məşğulluq ölkənin əmək bazarında sistematik xarakter daşıyır və yalnız marjinal fenomen kimi qiymətləndirilə bilməz. Müxtəlif ölçmə yanaşmalarının nəticələri arasında ciddi fərqlər mövcuddur: rəsmi statistika qeyri-formallığın səviyyəsini aşağı göstərdiyi halda, makroiqtisadi və dolayı qiymətləndirmələr qeyri-formal iqtisadiyyatın ÜDM-də əhəmiyyətli paya malik olduğunu ortaya qoyur. Analiz qeyri-formallığın əsas səbəbləri kimi institusional tənzimləmələrin sərtliyi, yüksək uyğunlaşma xərcləri, aşağı gəlirlər, mikro-müəssisələrin üstünlüyü və sosial müdafiə sisteminə etimadsızlığı ön plana çıxarır. Məqalədə qeyri-formallığın vergi yayınması ilə tam eyniləşdirilməsinin yanlış olduğu vurğulanır. Metodoloji baxımdan, Əmək Qüvvəsi Sorğusu və inzibati məlumatların makroiqtisadi proksi göstəricilərlə birləşdirildiyi hibrid ölçmə yanaşmasının Azərbaycan üçün daha uyğun olduğu əsaslandırılır. Nəticə olaraq, qeyri-formallığın daha dəqiq ölçülməsi və məqsədyönlü siyasət alətlərinin formalaşdırılması üçün məlumatların inteqrasiyası və institusional uyğunlaşdırma vacib hesab edilir.