Süni intellekt və gəlir bərabərsizliyi: iqtisadi və sosial təsirlər
DOI
https://doi.org/10.36719/2707-9317/116/114-120Açar sözlər
Süni intellekt, gəlir bərabərsizliyi, avtomatlaşdırma, əmək bazarı, vergi siyasətiXülasə
Bu məqalədə süni intellektin iqtisadiyyata təsiri və onun gəlir bərabərsizliyinə gətirib çıxardığı əsas faktorlar tədqiq olunmuşdur. Süni intellektin əmək bazarına avtomatlaşdırma vasitəsilə müdaxiləsi, investisiya gəlirlərinin artması və yeni iş imkanlarının bərabərsiz bölgüsü gəlir bərabərsizliyinin dərinləşməsində vacib rol oynayır. Yüksək texnoloji sahələrdə fəaliyyət göstərən ixtisaslı kadrlar daha çox üstünlük əldə edərkən, orta və aşağı ixtisas tələb edən peşələr ya sıradan çıxır, ya da aşağı gəlirli və qeyri-sabit məşğulluq formalarına dönüşür.
Bundan əlavə, regionlararası iqtisadi fərqlər və fərdi inkişaf və yüksəliş formalarının azalması texnologiyanın formalaşdırdığı bərabərsizliyi daha da dərinləşdirir. Məqalədə həmçinin Sİ-in iqtisadiyyatdakı rolunu nəzərə alaraq yeni vergi siyasətlərinin tətbiqi və gəlir bərabərsizliyinin azaldılması üçün optimal həll yolları göstərilmişdir.