Innovasiya sahəsində Türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri

Müəlliflər

  • Samirə Abasova Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2025-Xüsusi%20buraxılış/86

Açar sözlər

Türk dövlətləri təşkilatı (TDT), TDT ölkələrinin innovasiya fəaliyyəti, TDT ölkələrinin innovasiya potensialının qiymətləndirilməsi, TDT ölkələrinin yaşıl iqtisadiyyat üzrə fəaliyyətinin qiymətləndirilməsi, TDT ölkələrinin innovasiya fəaliyyətinin PEST və SWOT analizi, innovasiya sahəsində Türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri.

Xülasə

Tədqiqatın məqsədi innovasiya sahəsində Türk dövlətləri əməkdaşlığının müasir  vəziyyətinin təhlili və qiymətləndirilməsi, eləcə də inkişafı və genişləndirilməsi istiqamətləridir. Tədqiqatın məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:

Ø  Türk dövlətləri təşkilatına (TDT)  daxil olan ölkələrin innovasiya potensialının qiymətləndirilməsi;

Ø  TDT ölkələrinin innovasiya fəaliyyətinin bir qolu olan yaşıl iqtisadiyyat üzrə ölkələrarası əməkdaşlığının qiymətləndirilməsi;

Ø  İnnovasiya sahəsində Türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri.

Bu tədqiqatda statistik göstəricilər və onların müqayisəli təhlili, qruplaşdırma, eləcə də PEST və SWOT ekspert qiymətləndirmə analizlərindən  istifadə edilmişdir.

Yayımlanıb

2026-01-05