AZƏRBAYCANIN SƏNAYE SAHƏSİNDƏ QADIN ƏMƏYİNDƏN İSTİFADƏNİN MÜASİR VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.36719/2519-8149/2025-4/77Açar sözlər
qadın məşğulluğu, sənaye sahələri, emal sənayesi, sahibkarlıq subyektləri, muzdla çalışanlarXülasə
Məqalədə Azərbaycanın sənaye sahəsində qadın əməyindən istifadənin müasir vəziyyəti rəsmi statistik məlumatlar əsasında təhlil və qiymətləndirilir. Araşdırmada 2020–2024-cü illərdə sənayedə muzdla çalışan qadınların sayında və xüsusi çəkisində baş vermiş dəyişikliklər, sahələr üzrə məşğulluq quruluşu, eləcə də sahibkarlıq subyektlərində qadın məşğulluğunun dinamikası ətraflı şəkildə araşdırılır. Təhlillər göstərir ki, ümumilikdə sənayedə qadınların sayı və payı artsa da, ayrı-ayrı sahələr üzrə bu artım qeyri-bərabər xarakter daşıyır. Emal sənayesində qadınların üstün mövqeyi qorunub saxlanıldığı halda, mədənçıxarma və enerji sahələrində onların payı nisbətən aşağıdır. Məqalədə həmçinin qadınların əmək şəraiti, sanitar-gigiyena problemləri, əmək haqqı fərqləri və kadr hazırlığı məsələləri də diqqət mərkəzinə çəkilir. Nəticə olaraq vurğulanır ki, qadın əməyindən daha səmərəli istifadə edilməsi üçün peşə hazırlığının gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması və qadınların yüksək ixtisaslı sahələrə cəlb olunması zəruridir.