Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinə yatrılan daxili və xarici investisiyalardan səmərəli istifadənin elmi-iqtisadi qiymətləndirilməsi

Müəlliflər

  • Sulduz Səlimov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2026-1/72

Açar sözlər

yanacaq-enerji kompleksi, investisiya fəaliyyəti, daxili investisiyalar, xarici investisiyalar, iqtisadi səmərəlilik, enerji təhlükəsizliyi

Xülasə

Məqalədə Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinə yönəldilən daxili və xarici investisiyaların iqtisadi səmərəliliyi elmi-nəzəri və praktiki aspektlərdən təhlil edilir. Tədqiqat çərçivəsində enerji sektorunun milli iqtisadiyyatda rolu, investisiya axınlarının strukturu və bu investisiyaların istehsal potensialına, ixrac imkanlarına və enerji təhlükəsizliyinə təsiri araşdırılmışdır. Eyni zamanda, investisiya resurslarından istifadənin effektivliyini məhdudlaşdıran amillər müəyyən edilmiş və səmərəliliyin artırılması istiqamətində əsas inkişaf prioritetləri əsaslandırılmışdır. Aparılan təhlil göstərir ki, investisiyaların rasional idarə olunması və sektorun diversifikasiyası enerji sahəsində dayanıqlı inkişafın təmin edilməsində həlledici rol oynayır. 

Yayımlanıb

2026-04-01