Beynəlxalq Əhəmiyyətli Tədbirlərin Turizm və Əlaqəli Sektorlar Üzərindəki Rolunun Müqayisəli Təhlili
DOI
https://doi.org/10.36719/2519-8149/2025-4/62Açar sözlər
beynəlxalq tədbirlər, turizm, idman tədbirləri, sərgilər, iqtisadi təsir, sosial və mədəni təsirXülasə
Beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən idman yarışları, sərgilər və konfranslar, turizm və əlaqəli sektorların inkişafında mühüm rol oynayır. Bu tədbirlər qısa müddətli turist axını yaratmaqla yanaşı, yerli iqtisadiyyat, infrastruktur, sosial və mədəni sahələrdə də əhəmiyyətli təsir göstərir. Məqalədə müxtəlif növ beynəlxalq tədbirlərin turizm və əlaqəli sektorlar üzərindəki təsirləri müqayisəli şəkildə təhlil edilmişdir. Analiz nəticəsində idman tədbirlərinin qısa müddətli turist axını və infrastruktur faydaları təmin etdiyi, sərgilərin isə davamlı biznes turizmi və peşəkar əlaqələrin inkişafına yönəldiyi müəyyən edilmişdir. Məqalənin nəticələri tədbir planlamasında iqtisadi, sosial və mədəni amillərin inteqrasiyasının vacibliyini göstərir.