Azərbaycan Respublikasında iqtisadi artım və əmək bazarının qarşılıqlı əlaqələrinin qiymətləndirilməsi

Müəlliflər

  • Xəzər Abbaszadə Müəllif

DOI

https://doi.org/10.36719/2707-9317/116/70-79

Açar sözlər

iqtisadi artım, əmək bazarı, işçi qüvvəsinin iştirak səviyyəsi, məhsuldarlıq, insan kapitalı, texnoloji inkişaf, davamlı inkişaf, iqtisadi model.

Xülasə

      İqtisadi artım və əmək bazarı arasındakı mürəkkəb əlaqəni anlamaq həm siyasətçilər, həm iqtisadçılar, həm də biznes mühiti üçün olduqca vacibdir.

      Bu hesabatda ilkin olaraq iqtisadi artım və əmək bazarı arasındakı qarşılıqlı əlaqələr, işçi qüvvəsinin iştirak nisbəti, məhsuldarlıq, insan kapitalı və texnoloji inkişaf kimi əsas anlayışları tədqiq edilərək, bu qarşılıqlı əlaqəni tənzimləyən nəzəri əsaslar və onların riyazi təhlili verilmişdir. Hesabatda bu nəzəri çərçivələr aydınlaşdırılmaqla, iqtisadi artımın əmək bazarına və əksinə necə təsir etdiyini hərtərəfli başa düşməyi, davamlı inkişafı təşviq etmək üçün effektiv iqtisadi müdaxilələr və strategiyalar haqqında fikirləri təqdim etmək qarşıya məqsəd qoyulur.

Yayımlanıb

2025-06-25