Azərbaycanın tikinti sektoru: reallıqlar və innovativ inkişaf

Müəlliflər

  • Şakir Alıyev, ETN İqtisadiyyat İnstitutu, Baş menecer Müəllif

DOI

https://doi.org/10.36719/2707-9317/117/69-79

Açar sözlər

tikinti sektoru, tikinti materialları, məhsul və xidmət, yaranmış əlavə dəyər, investisiya, innovativ inkişaf.

Xülasə

Məqalədə Azərbaycanın tikini sektorunun mövcud durumu çoxillik statistik və kütləvi informasiya vasitələrinin məlumatları, müxtəlif tədqiqat metodları əsasında təhlil edilmişdir. Əsas diqqət – sahədə baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinə, onun ölkə iqtisadiyyatındakı roluna, əsas kapitalına yönəldilən investisiyalardan istifadəyə və əldə edilən nailiyyətlərə yönəldilmişdir. Bununla yanaşı tikinti materialları istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyəti, onların makro iqtisadi inkişafda rolu qiymətləndirilmiş, hər iki istiqamət üzrə müvafiq ehtiyat imkanları aşkar edilərək onlardan sahənin innovativ inkişaf yolu ilə səmərəli istifadə olunmasına dair təklif və tövsiyələr verilmişdir.

Yayımlanıb

2025-09-30