Azərbaycan Respublikasında milli təhsil sisiteminin rəqabətqabiliyyətliliyi  ilə əlaqədar dəyərləndirmələr

Müəlliflər

  • Jalə Mirzəbəyova Müəllif

DOI

https://doi.org/10.36719/2707-9317/116/47-54

Açar sözlər

milli təhsil sistemi, ali təhsil, rəqabətqabiliyyətlilik, təhsil indeksi, reytinq

Xülasə

Məqalədə təhsil sistemində baş verən müasir dəyişiklikləri şərtləndirən amillər, yeniliyi zəruri edən səbəblər, Azərbaycan Respublikasında təhsilin keyfiyyətinin yüksəldilməsi məsələsini gündəmə gətirən təmayüllər nəzərdən keçirilmişdir. Araşdırmalarda təhsil indeksi üzrə lider dövlətlərin sözügedən sahədə təcrübələri, Azərbaycan Respublikasında milli təhsil sisteminin rəqabətqabiliyyətlilik göstəriciləri üzrə reytinq cədvəllərindəki irəliləyişlər nəzərdən keçirilmiş, müvafiq təkliflər irəli sürülmüşdür.

Yayımlanıb

2025-06-25