Azərbaycanda nikah və boşanmaların iqtisadi rayonlar üzrə dinamikası
DOI
https://doi.org/10.36719/2707-9317/116/63-69Açar sözlər
Boşanma nisbəti, iqtisadi rifah, Azərbaycan, regionlar, dinamika.Xülasə
Azərbaycanda son onillikdə nikahların sayının azalması və buna paralel olaraq boşanmaların sayında artım dinamikası narahat edicidir və bu problemin araşdırılmasını zəruri edir. Təqdim olunan işdə 2015-2022-ci illər üçün Azərbaycanda olan nikah və boşanmaların ölkənin iqtisadi rayonları üzrə müqayisəli təhlili aparılır. Alınan nəticə onu göstərir ki, Azərbaycanda boşanma nisbətində artan dinamika mövcuddur və artım dinamikası bütün iqtisadi rayonlar üzrə müşahidə olunmaqdadır. İqtisadi rayonlar üzrə boşanma nisbətində əhəmiyyətli dərəcədə fərqliliyin olması diqqəti cəlb edir. Əhalinin nominal gəlirlərində dəyişmə bu fərqliliyi izah etməkdə yetərli deyil və daha geniş, mikro (fərdlər və/ya ailələr) səviyyədə tədqiqatların aparılmasına ehtiyac var.