Dövlət büdcəsinin formalaşması istiqamətində orta müddətli xərclər çərçivəsinin qiymətləndirilməsi
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/165Açar sözlər
Orta müddətli xərclər çərçivəsi, fəaliyyət əsaslı büdcə, büdcə xərcləri, ÜDM, fiskal intizam, səmərlilik, nəticəlilik, qənaitlilik, elastiklik əmsalı və s.Xülasə
Tədqiqatın məqsədi – Azərbaycanda dövlət büdcəsinin formalaşması istiqamətində orta müddətli xərclər çərçivəsinin müəyyənləşdirilməsi və qiymətləndirilməsidir.
Tədqiqatın metodologiyası - tədqiqat işində müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, sistemli yanaşma, riyazi təhlil metodlarından istifadə edilib.
Tədqiqatın tətbiqi əhəmiyyəti –tədqiqatda araşdırılmış əsaslı təhlilər ortamüddətli xərclər çərçivəsinin uğurlu tətbiqində və büdc xərcləri üzrə iqtisadi səmərəliliyin müəyyənləşdirilməsində faydalı ola bilər.
Tədqiqatın nəticələri – Dövlət büdcəsinin formalaşması istiqamətində orta müddətli xərclər çərçivəsinin müəyyələşdirilməsi və bu əsasda iqtisadiyyatın sektorlararası xərclərinin müəyyən-ləşdirilməsi baxımından və iqtisadi münasibətlərin tənzimlənməsində önəmlidir.
Tədiqiqatın orijinallığı və elmi yeniliyi –Dövlət büdcəsinin orta müddətli xərclər çərçivəsinin formalaşması meyilləri, büdcə multiplikatorunun ÜDM-ə təsiri və esastiklik əmsalı müəyyənləşmişdir.