Azərbaycanın rəqəmsal transformasiyası: rəqəmsal iqtisadiyyatın inkişafı problemləri və perspektivləri
DOI
https://doi.org/10.36719/2707-9317/116/10-15Açar sözlər
rəqəmsal texnologiya, rəqəmsal iqtisadiyyat, İKT, internet, ÜDM, investisiya.Xülasə
Məqalədə Azərbaycanda rəqəmsal iqtisadiyyatın əsas determinantlarının müasir vəziyyəti təhlil edilmiş və Azərbaycan iqtisadiyyatında İKT-nin rolu region ölkələri ilə müqayisədə qiymətləndirilmişdir. Bu tədqiqat rəqəmsal iqtisadiyyatın 'istehlak-istehsal' strukturundakı fərqlərin ölkələrin inkişaf səviyyəsi ilə sıx bağlı olduğunu ortaya qoyur: inkişaf etmiş ölkələrdə 'istehsal', inkişaf etməkdə olan ölkələrdə isə 'istehlak' komponenti üstünlük təşkil edir. Rəqəmsal iqtisadiyyatın həm “istehlak komponentinin”, həm də “istehsal komponentinin” məcmu iqtisadiyyatda payının artması ölkənin iqtisadi inkişafına və əhalinin rifah halının yüksəlməsinə təkan verir. Azərbaycanda rəqəmsal iqtisadiyyatın “istehlakçı komponenti” iqtisadiyyatın inkişafında və əhalinin rifah halının artırılmasında mühüm rol oynayır. Lakin rəqəmsal texnologiyaların “istehsal komponentinin” inkişaf etdirilməsi üçün zəruri potensialın artırılmasına və ölkə iqtisadiyyatında rəqəmsal iqtisadiyyatın payının “istehsalçı komponenti” hesabına artırılmasına ciddi ehtiyac var.