TTCI İndeksi Kontekstində Azərbaycanın Ekoturizm İnkişaf Perspektivləri

Müəlliflər

  • Ülkər Məmmədova Müəllif

DOI

https://doi.org/10.36719/2707-9317/116/38-46

Açar sözlər

Ekoturizm, təbii resurslar, dayanıqlılıq, turizm infrastrukturu, TTCI

Xülasə

Bu tədqiqatda Azərbaycanın ekoturizm potensialı və onun Səyahət və Turizmin Rəqabətlilik İndeksinin (TTCI) göstəriciləri ilə əlaqəsi analiz edilir. Təbii resurslar, ətraf mühitin dayanıqlığı və turizm infrastrukturu kimi əsas sub-indekslərin ekoturizm gəlirlərinə təsiri empirik modellər əsasında qiymətləndirilmişdir. Araşdırma göstərir ki, turizm infrastrukturunun təkmilləşdirilməsi və təbii resursların qorunması ekoturizmin inkişafında həlledici rol oynayır. Nəticələrə əsasən, strateji planlaşdırma və davamlı turizm siyasətləri vasitəsilə ekoturizm sektorunun gücləndirilməsi tövsiyə olunur.

Yayımlanıb

2025-06-25