Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti: regional inteqrasiya kontekstində analitik qiymətləndirmə

Müəlliflər

  • Fuad Qənbərov Müəllif
  • Nurlan Abbasov Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2026-1/145

Açar sözlər

Nəqliyyat, dəhliz, ticarət, tranzit yükdaşıma, iqtisadi inteqrasiya

Xülasə

Məqalənin məqsədi Zəngəzur dəhlizinin iqtisadi potensialını, makroiqtisadi göstəricilərə mümkün təsirlərini və regional nəqliyyat sisteminə inteqrasiya baxımından strateji rolunu analitik və kəmiyyət yanaşması əsasında qiymətləndirməkdir. Tədqiqat çərçivəsində dəhlizin açılmasının ÜDM artımı, qeyri-neft sektorunun inkişafı, tranzit yük axınının və tranzit gəlirlərinin artması, ixrac xidmətlərinin genişlənməsi, investisiya axınlarının artması və məşğulluğun yüksəlməsi kimi əsas iqtisadi göstəricilərə potensial təsirləri təhlil edilmişdir. Eyni zamanda, dəhlizin Orta Dəhliz marşrutu ilə qarşılıqlı əlaqəsi, regional ticarət həcminin artırılması imkanları və Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından strateji əhəmiyyəti araşdırılmışdır. Bununla yanaşı, layihənin həyata keçirilməsi ilə bağlı mövcud risklər, institusional məhdudiyyətlər və infrastruktur çağırışları qiymətləndirilmiş, həmçinin bu risklərin azaldılmasına və layihənin səmərəliliyinin artırılmasına yönəlmiş optimallaşdırma və uyğunlaşdırma istiqamətləri müəyyən edilmişdir.

Yayımlanıb

2026-04-01