İşğaldan azad edilmiş ərazilərin bərpasında aqrar sektorun strateji rolu

Müəlliflər

  • Rəsmiyyə Abdullayeva Müəllif
  • Firdovsi Şahbazov Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2026-1/141

Açar sözlər

işğaldan azad olunan ərazilər, aqrar sektor, sənaye əsaslı kənd təsərrüfatı, bərpa

Xülasə

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində aqrar sektor sosial-iqtisadi dirçəlişin əsas dayaqlarından biri kimi çıxış edir. Bu sektorun inkişafı əhalinin geri dönüşünün təşviqi, məşğulluğun yaradılması və dayanıqlı yaşayış vasitələrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Post-konflikt mühitdə kənd təsərrüfatı humanitar yardım mərhələsindən uzunmüddətli iqtisadi özünütəminetməyə keçidi sürətləndirən əsas mexanizmlərdən biridir. Sənaye əsaslı kənd təsərrüfatının formalaşdırılması aqrar-sənaye zəncirinin inkişafını stimullaşdırır. Bu proses yerli xammalın emalını və əlavə dəyərin region daxilində yaradılmasını təmin edir. Aqrar sektor investisiya cəlbediciliyinin artırılmasında da mühüm rol oynayır. Məqalədə post-konflikt ərazilərdə aqrar sektorun bərpasının əsas konseptual məsələləri nəzərdən keçirilir, bu sahədə formalaşmış beynəlxalq təcrübə araşdırılır. Azərbaycanın işğaldan azad olunan ərazilərində aqrar sektorun inkişaf potensialı təhlil edilir, post-konflikt bərpa prosesində onun strateji rolu əsaslanırılır.

Yayımlanıb

2026-04-01