Sənaye müəssisələrinin iqtisadi və sosial vəziyyətinin öyrənilməsində statistik təsvir vasitələrindən istifadə olunması

Müəlliflər

  • Mehdi Bağırov Azərbaycan Neft və Sənaye Universiteti Müəllif

DOI

https://doi.org/10.67304/2707-9317/2026-2/12-22

Açar sözlər

sənaye, müəssisə, iqtisadi və sosial vəziyyət, statistik araşdırma, əyani təsvir vasitəsi

Xülasə

Tədqiqatın məqsədi – müasir dövrdə sənaye sahəsinə aidiyyatı ilə fərqlənən müəssisə və təşkilatlarda iqtisadi və sosial vəziyyətin araşdırılması sistemli və kompleks yollarının araş­­dırılması yollarına çoxşaxəli baxışların təmin olunması, onların statistik təsvir üsulları vasi­təsilə xarakterizə olunması.

Tədqiqatın metodologiyası – müşahidə, qruplaşdırma, müqayisəli təhlil, induksiya, de­duk­siya, mütləq və nisbi kəmiyyətlər, balans me­todlarından istifadə olun­ması.

Tədqiqatın nəticələri – “sənaye – statistik əyani təsvir vasitələri” tandemi bazasında icra olunacaq işlərdən müstəqim və ya dolayı yolla əldə olunacaq maddi, maliyyə və s. faydanın qanunauyğun­luqları, mütərəqqi üsulları və transformasiya mexanizmləri haqda ümumi məlumatın əldə olunması.

Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti – sənaye sferası üzrə təqdim olunan məlumatlar toplu­sun­dan istər nəzəri araşdırmalarda, istərsə də təcrübi tətbiqatlarda istifadə olunması, əyani təsvir vasitələrinin köməyi ilə təqdim olunan sənaye fəaliyyəti üzrə informativlik səviyyəsinin yüksəldilməsi.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – elmi araşdrmalar nəticəsində, yaxud beynəl­xalq mühit imkanlarından istifadə etməklə əyani təsvir vasitələri üzrə fərqli formaların ölkənin səna­ye sisteminə tətbiq olunması, deyilənlər vasitəsilə müxtəlif situasiyalar üzrə innovativlik, inklüzivlik, səmərəlilik, operativlik, ahəngdarlıq kimi prinsiplərə əsaslanmaqla zəruri məlumatlar bazasının formalaşdırılması.            

Müəllif bioqrafiyası

  • Mehdi Bağırov, Azərbaycan Neft və Sənaye Universiteti

    The Faculty of Economics and Management

    The Department of Industrial Economy

Yayımlanıb

2026-07-28