Azərbaycan Respublikasında rəqəmsal texnologiyaların qeyri-formal məşğulluğa təsirinin təhlili

Müəlliflər

  • Nüsrət İbrahimov Elm və Təhsil Nazirliyi, İqtisadiyyat İnstitutu Müəllif
  • Nicat Muradlı Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2026-1/127

Açar sözlər

Rəqəmsallaşma, qeyri-formal məşğulluq, platforma iqtisadiyyatı, “Gig” iqtisadiyyatı, əmək bazarı; rəqəmsal bacarıqlar.

Xülasə

Məqalədə Azərbaycan Respublikasında rəqəmsal texnologiyaların qeyri-formal məşğulluğa təsiri kompleks şəkildə təhlil edilir. Qlobal rəqəmsallaşma prosesinin əmək bazarının strukturuna təsiri, xüsusilə platforma əsaslı məşğulluq modellərinin formalaşması kontekstində qiymətləndirilir. Tədqiqatda ölkə üzrə məşğulluq göstəriciləri əsasında dolayı hesablamalar aparılaraq 2025-ci ildə qeyri-formal məşğulluğun səviyyəsinin təxminən 35% ətrafında olduğu müəyyən edilir. Məqalədə rəqəmsal platformaların (Uber, Bolt, Wolt, Upwork, Freelancer və s.) əmək münasibətlərinin çevikləşməsinə və yeni gəlir imkanlarının yaranmasına müsbət təsiri göstərilsə də, bu prosesin sosial müdafiə sisteminə, vergi bazasına və əmək hüquqlarına yaratdığı risklər də əsaslandırılır. Rəqəmsallaşmanın gənclər və qadınlar üçün inklüziv imkanlar yaratdığı, lakin eyni zamanda “rəqəmsal fərq” və bacarıq bərabərsizliyini dərinləşdirdiyi vurğulanır. Tədqiqatın nəticəsi olaraq, rəqəmsal əmək münasibətlərinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi, sosial sığorta mexanizmlərinin genişləndirilməsi və aktiv məşğulluq siyasətinin gücləndirilməsi qeyri-formal məşğulluğun azaldılması üçün prioritet istiqamətlər kimi müəyyən edilir.

Yayımlanıb

2026-04-01