Ərzaqla təminatın gücləndirilməsində aqrar sektorun innovativ inkişafı: Azərbaycan üzrə struktur dəyişmələri və özünütəminetmə trendləri (1990–2024)
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/126Açar sözlər
: aqrar sektor, innovasiya, ərzaq təhlükəsizliyi, özünütəminetmə, bitkiçilik, heyvandarlıq, indeks analizi, Azərbaycan.Xülasə
Tədqiqatın məqsədi aqrar sektorda istehsal strukturunun, fiziki həcm dinamikasının və əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin statistik göstəricilər əsasında təhlili və bu nəticələrin innovativ inkişaf tədbirləri ilə əlaqələndirilməsidir. Tədqiqatda müqayisəli təhlil və zaman sıralarının analizi metodlarından istifadə edilmişdir. Nəticələr göstərir ki, 2000–2024-cü illərdə heyvandarlığın payı artmış, bitkiçilik sahəsində azalma müşahidə olunmuş, istehsal göstəriciləri dalğalanmış və torpaq resurslarının təminatı zəifləmişdir. Tərəvəz və meyvə üzrə yüksək, buğda və süd-ət üzrə isə orta səviyyəli özünütəminetmə qeydə alınmışdır. Tədqiqat aqrar siyasətin təkmilləşdirilməsi və innovativ texnologiyaların tətbiqi üçün elmi-praktik əsas yaradır.