Azərbaycan Respublikasında ölüm göstəricilərinin təhlili.
DOI
https://doi.org/10.36719/2519-8149/2026-1/122Açar sözlər
Açar sözlər: ölüm əmsalı, körpə ölümü, kovid pandemiyası, orta ömür uzunluğu, iqtisadi bölgəXülasə
Xülasə: Tədqiqat işi Azərbaycan Respublikasında ölüm göstəricilərinin dinamikasını, pandemiyanın təsirlərini və regional fərqləri əhatəli şəkildə təhlil edir. 2000–2019-cu illərdə ümumi ölüm əmsalı nisbətən sabit qalsa da, xüsusilə 2010–2019-cu illərdə ahıl yaş qruplarında ölüm səviyyəsinin azalması nəticəsində gözlənilən orta ömür uzunluğu artmışdır. Bu dövrdə səhiyyə sahəsində texnoloji yeniliklərin, xüsusilə ürək-damar xəstəliklərinin müalicəsində tətbiq olunan müasir üsulların rolu qeyd olunur.
2020–2021-ci illərdə isə COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi ölüm göstəricilərini kəskin artırmışdır. Rəsmi statistikada pandemiyadan ölənlərin sayı 10,3 min nəfər göstərilsə də, dolayı hesablamalara görə real rəqəm 31–32 min nəfər olmuşdur. Pandemiya dövründə əsas ölüm səbəbləri sırasında qan dövranı sistemi xəstəlikləri üstünlük təşkil etmişdir.
Sonrakı illərdə ümumi ölüm əmsalı azalsa da, körpə ölümü göstəricilərində kəskin dalğalanmalar müşahidə olunmuşdur ki, bu da əsasən qeydiyyat problemləri ilə əlaqələndirilir. İqtisadi rayonlar üzrə təhlil bölgələr arasında ciddi fərqləri üzə çıxarmış, bəzi hallarda isə statistik uyğunsuzluqlar ehtimal edilmişdir. Tədqiqatın nəticəsi olaraq səhiyyə sisteminin gücləndirilməsi, statistik uçotun təkmilləşdirilməsi və profilaktik tədbirlərin genişləndirilməsi təklif olunur.