Azərbaycanda regional bazarların formalaşmasının sosial-iqtisadi problemləri

Müəlliflər

  • Cəlal Səfərov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi Müəllif

DOI

https://doi.org/10.36719/2519-8149/2026-1/105

Açar sözlər

AZƏRBAYCANDA REGİONAL BAZARLARIN FORMALAŞMASININ SOSİAL-İQTİSADİ PROBLEMLƏRİ

Xülasə

Xülasə:

Tədqiqatın məqsədi: Tədqiqatın əsas məqsədi Azərbaycanda regional bazarların formalaşmasına təsir edən sosial-iqtisadi amillərin mövcud vəziyyətini təhlil etmək, regionlar üzrə istehsal və gəlir göstəricilərində mövcud olan qeyri-bərabərliyi qiymətləndirmək və regional bazarların inkişafının təmin edilməsi baxımından ölkənin regional iqtisadi siyasətinə yönəlmiş təkliflərin işlənib hazırlanmasından ibarətdir.

İşin metodologiyası: İşin metodologiyasını regional iqtisadiyyatın tərkib hissəsi olan istehsal sahələri, ticarət və xidmət sektorunun inkişaf səviyyəsinin statistik təhlili, iqtisadi rayonlar üzrə adambaşına düşən məhsul buraxılışı və əhalinin gəlirləri göstəricilərinin müqayisəli qiymətləndirilməsi, habelə regional bazarların formalaşmasına təsir edən sosial-iqtisadi amillərin sistemli yanaşma əsasında araşdırılması təşkil edir.

Tədqiqatın tətbiqi əhəmiyyəti: Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, regional bazarların inkişafının stimullaşdırılması regionlarda iqtisadi fəallığın artmasına, yerli istehsal və sahibkarlıq fəaliyyətinin genişlənməsinə, əhalinin gəlir səviyyəsinin yüksəlməsinə və məşğulluq imkanlarının yaxşılaşdırılmasına şərait yaradır. Eyni zamanda, regionlararası sosial-iqtisadi fərqlərin azaldılması və regional iqtisadi inkişafda mövcud olan qeyri-bərabərliyin minimallaşdırılması baxımından əldə olunan nəticələr praktiki əhəmiyyət kəsb edir.

Tədqiqatın nəticələri: Tədqiqatın nəticələri Azərbaycanda regional bazarların formalaşması prosesində sosial-iqtisadi amillərin təsir səviyyəsinin qiymətləndirilməsi, istehsal və gəlir göstəriciləri üzrə regionlar arasında mövcud olan disbalansın aşkar edilməsi və bu problemlərin aradan qaldırılması məqsədilə regional iqtisadi siyasətin təkmilləşdirilməsinə dair müvafiq təkliflərin irəli sürülməsindən ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi: Tədqiqatın orijinallığı və elmi yeniliyi regional bazarların formalaşmasına sosial-iqtisadi amillərin kompleks təsirinin öyrənilməsi, istehsal potensialı ilə əhalinin gəlir səviyyəsi arasındakı qarşılıqlı əlaqənin aşkar edilməsi, habelə formal və inkişafyönlü regional bazar modelləri prizmasından Azərbaycan regionlarının bazar inkişaf xüsusiyyətlərinin elmi əsaslarla təhlil edilməsindən ibarətdir.

Açar sözlər: regional bazarlar, region, sosial-iqtisadi inkişaf, istehsal, gəlirlər, sahibkarlıq, məşğulluq.

Yayımlanıb

2026-04-01