Azərbaycanda yüngül sənayedə innovativ məhsulların marketinq strategiyalarının formalaşdırılması və inkişafı

Authors

  • Ayshan Mammadova Azerbaijan Technological University Author
  • Nüşabə Hacıyeva Author
  • Zeynəb Qocayeva Author

DOI:

https://doi.org/10.67304/2707-9317/2026-2/165-172

Keywords:

innovativ məhsullar, marketinq strategiyası, yüngül sənaye, rəqabətqabiliyyətlilik, rəqəmsal marketinq

Abstract

Son illərdə Azərbaycan Respublikası qlobal iqtisadi müstəvidə sürətlə yüksələn ölkələrdən birinə çevrilmişdir. Hazırda ölkənin iqtisadiyyatı dünya miqyasında dinamik inkişaf templəri ilə seçilir ki, bunun isə əsas səbəbi ölkədə həyata keçirilən müstəqil və sistemli iqtisadi siyasətin bilavasitə nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş sosial-iqtisadi islahatlar makroiqtisadi sabitliyin qorunmasına, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və regionların iqtisadi potensialının səmərəli istifadəsinə şərait yaratmışdır. Bununla yanaşı, ölkədə yeni istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.

Dünyada baş verən qloballaşma mövcud olan və yeni yaranan müəssisələrin iqtisadi fəaliyyətinə, xüsusilə də onların marketinq fəaliyyətinə və strategiyalarının formalaşdırılmasına mühüm təsir göstərir. Nəticədə bazarların liberallaşması və rəqabətin intensivləşməsi şəraitində şirkətlər daha çevik və innovativ yanaşmalar tətbiq etməyə məcbur qalır. Bu da öz növbəsində məhsulun keyfiyyətinin artırılması, satış və paylama kanallarının optimallaşdırılması, reklam və satış stimullaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də strateji marketinq qərarlarının daha çevik və effektiv şəkildə həyata keçirilməsini zəruri edir. Bu isə iqtisadi fəaliyyətdə marketinqin nə qədər önəmli olduğunu bir daha göstərir.

Ümumilikdə, marketinq fəaliyyəti innovasiya və yeniliklərə əsaslanan, yeni məhsul və xidmətlərin bazarda uğurla təqdim olunmasına yönəlmiş bir prosesdir. Qeyd etdiyimiz innovasiya amili dünyada baş verən rəqəmsallaşma və texnoloji tərəqqi fonunda istər iri, istərsə də kiçik sahibkarlıq subyektləri üçün rəqabət üstünlüyünün mühüm mənbəyinə çevrilmişdir.

Published

2026-07-28